USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya və Çindən birgə neft nəqli obyekti

18.09.2023 Siyasət
12 55
Bildirilib ki, Rusiyanın Birləşmiş Neft və Qaz Kimyası və Çinin Xuan Yuan Sənaye İnkişafı şirkətləri Rusiyanın şərqində neft nəqli obyekti yaradacaq.

Rusiyanın Roscongress şirkəti tərəfindən edilən yazılı açıqlamada, Rusiyada keçirilən Şərq İqtisadi Forumu çərçivəsində United Oil and Gas Chemicals və Xuan Yuan Industrial Development şirkətləri arasında müqavilə imzalandığı bildirilib.

Açıqlamada, müqavilə çərçivəsində şirkətlərin Rusiyanın şərqində neft nəqli obyekti quracaqları və iki şirkətin layihəyə cəmi 5 milyard yuan (təxminən 685 milyon dollar) sərmayə qoyacağı bildirilib.

Açıqlamada Rusiyanın Çin sərhədinə yaxın Yəhudi Muxtar Bölgəsində inşa ediləcək obyektin Çinə neft daşınmasına ciddi töhfə verəcəyi bildirilib.