Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin növbəti iclasının ilk dəfə Ukraynanın paytaxtı Kiyevdə keçiriləcəyini açıqlayıb.

Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyası münasibətilə Nyu-Yorkda iştirak etdikləri qeyri-rəsmi görüş keçiriblər.
Görüşdən sonra mətbuata açıqlama verən Borrell, Aİ və üzvlərinin BMT Baş Assambleyası çərçivəsində 133 ölkə ilə görüşəcəyini və əsas gündəmin “iqlim dəyişikliyi, davamlı inkişaf hədəfləri, beynəlxalq maliyyə arxitekturasında islahatlar” olacağını bildirib.