Avropa İttifaqı (Aİ) ukraynalılara müvəqqəti mühafizə qaydasını genişləndirəcək.
Aİ Komissiyasının yazılı açıqlamasında bildirilir ki, Komissiya Aİ Şurasına ukraynalılar üçün müvəqqəti müdafiənin 4 mart 2024-cü ildən 3 mart 2025-ci ilə qədər uzadılmasını təklif edib.
Komissiyanın təklifi Aİ Şurası tərəfindən təsdiqlənməlidir.
Aİ daxilində Müvəqqəti Mühafizə Direktivindən faydalanan təxminən 4 milyon ukraynalı var.