Azərbaycanın Qarabağa qarşı başlatdığı əməliyyatla bağlı açıqlama verən İYİ Partiyasının sözçüsü Kürşad Zorlu “İYİ Partiya olaraq bu haqlı mübarizədə qardaş Azərbaycanın yanındayıq” deyib.
İYİ Partiyasının sözçüsü Kürşad Zorlu Azərbaycanın Qarabağda başlatdığı antiterror əməliyyatı ilə bağlı deyib: “Azərbaycanın İkinci Qarabağ Müharibəsindəki qələbəsindən sonra ərazi bütövlüyünü təmin etmək üçün bu haqlı əməliyyatın uğurla başa çatmasını arzulayırıq və İndi biz bölgədə sülh və sabitliyin təmin edilməsini istəyirik. İnanırıq ki, Zəngəzur dəhlizi də daxil olmaqla, bütün öhdəliklər yerinə yetirilməlidir. İYİ Partiyası olaraq bu haqlı mübarizədə qardaş Azərbaycanın yanındayıq".
Azərbaycanın 2-ci Qarabağ müharibəsində qələbəsindən sonra ərazi bütövlüyünün təmin edilməsi istiqamətində həyata keçirilən bu haqlı əməliyyatın uğurla başa çatmasını arzulayırıq və inanırıq ki, regionda sülhün və sabitliyin təmin olunması üçün Zəngəzur dəhlizi də daxil olmaqla bütün öhdəliklər yerinə yetirilməlidir. İYİ Partiya olaraq bu haqlı mübarizədə qardaş Azərbaycanın yanındayıq.