Rusiya Şimali Koreya ilə hərbi əməkdaşlıq danışıqlarının aparılması ilə bağlı iddiaları təkzib edib.
Rusiyanın Seuldakı səfirliyi “Moskva və Pxenyan arasında keçən həftə keçirilən ikitərəfli sammitdə hərbi əməkdaşlıq müzakirə edilib” xəbərlərini təkzib edib.
Yonhap-ın məlumatına görə, Rusiyanın Seuldakı səfirliyi sentyabrın 13-də Şimali Koreya lideri Kim Çen Inla Rusiya prezidenti Vladimir Putinin görüşü ilə bağlı bəyanat yayıb:
“Biz (Cənubi) Koreyalı tərəfdaşlarımızı birbaşa məlumatlandırmışıq ki, Amerika və Cənubi Koreya mediasında müzakirə olunan hərbi əməkdaşlıqla bağlı fərziyyələr əsassızdır”, - deyə bəyanatda bildirilir.
Rusiyanın “yaxşı qonşu və uzunmüddətli tərəfdaş” kimi xarakterizə etdiyi Şimali Koreya ilə “qarşılıqlı faydalı əlaqələrin inkişafı da daxil olmaqla, üzərinə götürdüyü bütün beynəlxalq öhdəliklərə ardıcıl olaraq əməl etdiyi” vurğulanıb.