USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tramp yenidən seçiləcəyi təqdirdə səyahət qadağalarını geri qaytaracaq

21.09.2023 Siyasət
0 0
Gələn il keçiriləcək seçkilərdə namizəd olacağını açıqlayan Tramp yenidən prezident olacağı təqdirdə bəzi müsəlman ölkələrinə tətbiq edilən səyahət qadağasını geri qaytaracağını və əhatə dairəsini genişləndirəcəyini açıqlayıb.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü il prezident seçkilərində qalib gələcəyi təqdirdə prezidentliyi dövründə tətbiq edilən bəzi səyahət qadağalarının geri dönəcəyini açıqlayıb.

ABŞ mətbuatında çıxan xəbərlərə görə, Tramp Ayova ştatının Dubuke şəhərində keçirilən mitinqdə çıxış edib.

Prezident Co Baydenin immiqrasiya siyasətini “milləti məhv edən bir fəlakət” olaraq xarakterizə edən Tramp, yenidən prezident seçiləcəyi təqdirdə “Eisenhower Modeli”ni mənimsəyərək “ABŞ tarixinin ən böyük deportasiya əməliyyatını” təşkil edəcəyini bildirib.

Tramp qeyd edib ki, o, bəzi federal hüquq-mühafizə orqanları əməkdaşlarını Meksika sərhədinə yerləşdirəcək və narkotik alverçisi, banda və ya kartel üzvü olduğu bilinən və ya şübhəli bilinən bütün şəxslərin deportasiya ediləcəyini bildirib.

Ölkənin immiqrasiya siyasətlərini prezidentliyi dövründə “tutub azad etmə”dən “saxlama və deportasiya”ya dəyişdirdiyini ifadə edən Tramp, səyahət qadağasının yenidən tətbiq ediləcəyini və qadağanın əhatə etdiyi ölkələrin sayının artırılacağını qeyd edərək, “kommunistlər və marksistlərin” ABŞ-a daxil olmasının qarşısı alınacaq.