USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kremldən Ukrayna ilə bağlı bəyanat

22.09.2023 Siyasət
0 0
Ukraynanın Polşadan sonra digər Avropa ölkələri ilə gərginlik yaşamasının qaçınılmaz olduğunu ifadə edən Kremlin sözçüsü Peskov, Polşanın silahlanması ilə bağlı "Belarus və biz Polşadan gələ biləcək potensial təhlükələrə qarşı xəbərdarıq" dedi.

Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında Ukrayna ilə Polşa arasındakı gərgin münasibətləri dəyərləndirib.

Polşanın Ukraynaya silah tədarükündən imtina etmək niyyəti ilə bağlı Peskov, “Varşava ilə Kiyev arasında müəyyən gərginliyin olduğunu görürük. “Biz Varşava ilə Kiyev arasında bu gərginliyin artacağını proqnozlaşdırırıq”, - deyə şərh edib.

Gərginliyin digər Avropa ölkələri ilə başlaya biləcəyinə işarə edən Peskov, "Kiyevlə digər Avropa paytaxtları arasında sürtünmənin zamanla artacağını anlayırıq. Bu qaçılmazdır" ifadələrindən istifadə etdi.

Polşanın silahlanması ilə bağlı da qiymətləndirmə edən Peskov Belarusun bu baxımdan Polşa ilə qonşu olmasının çətin olduğunu bildirib.