USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin təməli qoyuldu

25.09.2023 Siyasət
0 0
Prezident Ərdoğan və Əliyev İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin təməlini qoydular.

Prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin təməlini qoyublar.

Əliyevin dəvəti ilə Naxçıvana birgünlük işgüzar səfərə gələn Ərdoğan Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan prezidenti Əliyevlə təkbətək görüşüb.

Görüşdən sonra iki lider İğdır-Naxçıvan Təbii Qaz Boru Kəmərinin təməlqoyma nöqtəsi ilə videobağlantı aparıblar.

Prezident Ərdoğan və Əliyev düyməni basaraq təbii qaz kəmərinin təməlini qoyublar.