Rusiya Müdafiə Nazirliyi Belqorod və Kursk vilayətlərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum cəhdinin qarşısını aldıqlarını bildirib.
Nazirlikdən verilən yazılı açıqlamada, Ukraynanın ötən gecə Rusiya ərazisindəki obyektlərə PUA-larla hücuma cəhd etdiyi bildirilib.
Açıqlamada Ukraynaya məxsus 7 PUA-nın Belqorod vilayəti üzərində hava hücumundan müdafiə sistemləri tərəfindən, Kursk vilayətinin hava məkanında isə 4 PUA-nın məhv edildiyi bildirilib.