USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ Kuba səfirliyinə hücumu pisləyib

26.09.2023 Siyasət
0 0
ABŞ Kubanın Vaşinqtondakı səfirliyinə molotof kokteyli ilə hücumu pisləyib.

Ağ Evin Milli Təhlükəsizlik müşaviri Jake Sullivan Kubanın Vaşinqtondakı səfirliyinə molotof kokteyli ilə hücumu pislədiklərini açıqlayıb.

Sullivan verdiyi yazılı açıqlamada, "ABŞ Kubanın Vaşinqtondakı səfirliyinə bildirilən hücumu şiddətlə qınayır" deyilib.

Diplomatik binalara hücumların "qəbuledilməz olduğunu" bildirən Sullivan, araşdırma üçün Kuba səfirliyi rəsmiləri və hüquq-mühafizə orqanları ilə əlaqə saxladıqlarını qeyd edib.

Kubanın xarici işlər naziri Bruno Rodriguez Parrilla X sosial media platformasında verdiyi açıqlamada ABŞ yerli vaxtıyla bazar günü axşam Vaşinqtondakı Kuba səfirliyinə molotof kokteyli ilə "terror hücumu" həyata keçirildiyini bildirib.