Wagner qrupunun verdiyi açıqlamada şirkətin bağlanmasının söz mövzusu olmadığı və fəaliyyətlərin Afrika və Belarusda davam etdiyi bildirilib.
Rusiyada şəxsi təyyarəsinin qəzaya uğraması nəticəsində dünyasını dəyişən Yevgeni Priqojinin qurduğu “Vaqner” qrupu Afrika və Belarusda fəaliyyətini davam etdirdiyini açıqlayıb.
Priqojinə aid olduğu məlum olan “Konkord” şirkətinin sosial media hesabından “Vaqner Qrup Mətbuat Xidməti” adından verilən açıqlamada muzdlu döyüşçü qrupunun Afrika və Belarusda fəaliyyətini davam etdirdiyi söylənib.