Rusiya prezidenti Putin və İran prezidenti Qarabağda baş verənləri müzakirə ediblər.
Kremldən verilən məlumata görə, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti İbrahim Rəisi telefonla danışıb.
Qarabağda baş verən proseslər və Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin müzakirə edildiyi görüşdə problemlərin siyasi və diplomatik yollarla həllinin vacibliyi vurğulanıb.
Tərəflərin Türkiyə, Rusiya, İran, Azərbaycan, Ermənistan və Gürcüstandan ibarət “3+3” regional məşvərət platformasının işinin aktivləşdirilməsində qarşılıqlı maraqlı olduqlarını ifadə edən görüşdə Rəisi İranın qoşulmaq üçün müraciətinə verdiyi dəstəyə görə Rusiyaya təşəkkür edib.