USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

PA rəsmisi: "Sosial media onlayn medianı ötüb keçib"

27.09.2023 Siyasət
29 3
"Media çox güclü resursdur. Həm də dövlət məlumatlarını insanlara çatdırır, cəmiyyətə istiqamətverici alətdir. Tənqid, hətta bir çox hallarda təhdid üçün gözəl alətdir. Bəzən dövlətin deyə bilmədiyi mesajları media deyir. Xarici siyasətlə media adi vətəndaşın görmədiyi səhnə arxası oyunlardır. Dövlətin güclü mediasının olması onun xarici siyasəti üçün çox vacibdir".

Kommersant.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Kommunikasiya siyasəti sektorunun müdiri Cavid Musayev Medianın İnkişafı Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Xarici siyasət üzrə ixtisaslaşmış jurnalistlərin xəbər qaynaqları: Azərbaycanın xarici siyasəti və beynəlxalq münasibətlərdə yeni reallıqlar” mövzusunda təlimdə deyib.

"Biz dövlət qurumları qarşısında vacib tapşırıq qoymuşuq ki, hər biri öz sahəsi üzrə ixtisaslaşmış jurnalistlər yetişdirsinlər. Qəbul etməliyik ki, hazırda sosial media tendensiyası onlayn medianı ötüb keçib. 44 günlük Vətən müharibəsində interneti məhdudlaşdırmağımıza baxmayaraq, hibrid təhlükələrlə üzləşmişdik..." - PA rəsmisi qeyd edib.

C. Musayev çıxışında xarici siyasətdə, 44 günlük Vətən müharibəsində və son lokal anti-terror tədbirlərində yerli və xarici medianın fəaliyyəti, dövlət kommunikasiyası məsələlərindən danışıb.