USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AK Partiya "Ərdoğanı hədəf alan" hücuma görə İsveçi məsul tutdu

01.10.2023 Siyasət
0 0
AK Partiya sözçüsü Ömər Çelik Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında prezident Rəcəb Tayyib Ərdoğanın maketinin yandırılmasına görə hökumətin məsuliyyət daşıdığını bildirib.

Türkiyə PKK-ya qarşı kifayət qədər tədbir görmədiyini və Quran yandırma hərəkətlərinə icazə vermədiyini əsas gətirərək İsveçin NATO üzvlüyünə razılıq vermir.

Ərdoğanı təmsil etdiyi deyilən model dünən Stokholmdakı Türkiyə səfirliyi yaxınlığında fəallar tərəfindən yandırılıb. Müdaxilə olunmayan aksiya Türkiyənin sərt reaksiyasına səbəb olub.

AK Partiya üzvü Ömər Çelik sosial şəbəkədəki paylaşımında “Prezident Ərdoğanı hədəf alan hücumların Türkiyə Cümhuriyyətinin dəyərlərinə qarşı həyata keçirildiyini” vurğulayıb.