USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyəni Yunanıstana birləşdirəcək yeni körpü üçün geri sayım

01.10.2023 Siyasət
0 0
Yunanıstan və Türkiyə arasında keçidləri asanlaşdıracaq yeni körpünün tikintisinə 2024-cü ildə başlanacaq.

Yunanıstan xarici işlər nazirinin iqtisadi diplomatiya üzrə müavini Kostas Franqoyanni “Parapolitika” qəzetinə müsahibəsində Türkiyə ilə müsbət əlaqələri və aktual məsələləri dəyərləndirib.

Türkiyə ilə ikitərəfli münasibətlərdə həssas mövzulara toxunulmadığına diqqət çəkən Franqoyannis, əlaqələrin "nəqliyyat, ətraf mühit, kiçik və orta sahibkarlıq, turizm kimi iqtisadiyyat və ticarətin 29 sahəsində inkişaf etdiyini" bildirib.

Franqoyannis qeyd edib ki, müsbət gündəliyin ilk üç ilində ikitərəfli ticarətin asanlaşdırılması, turizmin canlandırılması və mülki müdafiə sahələrində əməkdaşlığın inkişafı istiqamətində mühüm addımlar atılıb.