USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ-ın bağlanmasının qarşısını almaq üçün vacib addım

01.10.2023 Siyasət
0 0
Müvəqqəti büdcə qanun layihəsi ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən təsdiqlənib. Daha 45 gün ərzində federal hökumətin maliyyələşdirilməsini nəzərdə tutan müvəqqəti büdcə qanun layihəsinin növbəti dayanacağı ABŞ Senatı olacaq.

ABŞ Konqresinin Nümayəndələr Palatası federal hökumətin bağlanmasının qarşısını almaq üçün müvəqqəti büdcə qanun layihəsini təsdiqləyib.

Federal hökumətə 45 gün daha maliyyə təmin edəcək qanun layihəsi 91 əleyhinə 335 səslə qəbul edilib. Təklifin əleyhinə səs verənlər arasında 1 Demokrat və 90 Respublikaçı təmsilçi var.

Qanun layihəsinin respublikaçıların nəzarətində olan Nümayəndələr Palatasında demokratların dəstəyi ilə qəbul edilməsi diqqət çəkib.

Ölkədə 2023-cü maliyyə ilinin bitməsinə saatlar qalmış Nümayəndələr Palatasından keçən yeni qanun layihəsinin növbəti dayanacağı demokratların üstünlük təşkil etdiyi ABŞ Senatı olacaq.

Burada təsdiq olunarsa, qanun layihəsi imzalanması üçün ABŞ prezidenti Co Baydenə təqdim olunacaq.

Bu gecə yarısından etibarən federal hökumətin bağlanmasının qarşısını almağı hədəfləyən aralıq büdcə qanun layihəsi 2024-cü maliyyə ili büdcəsi ilə bağlı razılığa gəlmək üçün daha çox vaxt verəcək.

Sözügedən qanun layihəsi hökumətin 45 gün müddətinə cari xərclər səviyyəsində maliyyələşdirilməsini və təbii fəlakət zamanı 16 milyard dollar yardımı nəzərdə tutsa da, Ukraynaya yardım və sərhəd siyasətində hələlik tərəflərin razılığa gəlmədiyi dəyişiklikləri əhatə etmir.