USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İraq və Suriyaya verilən icazənin müddəti uzadılıb

05.10.2023 Siyasət
0 0
Türkiyə əsgərlərinin İraq və Suriyadakı xidmət müddətinin uzadılması ilə bağlı memorandum parlamentə təqdim edilib.

İraq və Suriyaya qoşun yeritmək icazəsinin müddətinin daha 2 il uzadılmasına dair prezident mandatı TBMM sədrinə təqdim edilib. İcazənin müddəti 30 oktyabr 2023-cü il tarixindən etibarən 2 il müddətinə uzadılacaq.

Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə TBMM-ə göndərilən memorandumda Türkiyənin cənub quru sərhədlərinə bitişik bölgələrdə baş verən hadisələrin və davam edən münaqişə mühitinin milli təhlükəsizliyə yaratdığı risk və təhdidlərin artmaqda davam etdiyi qeyd edilib. Memorandumda Türkiyənin qonşusu İraqın ərazi bütövlüyü, milli birliyi və sabitliyinin qorunmasına böyük əhəmiyyət verdiyi vurğulanaraq, İraqda PKK və DEAŞ ünsürlərinin mövcudluğunun davam etdirilməsinin regional sülh, sabitlik və Türkiyənin təhlükəsizliyi üçün birbaşa təhdid olduğu bildirilib.

Prezident memorandumunda “Suriyada, xüsusilə PKK/PYD-YPG və DEAŞ olmaqla sərhədimizə bitişik ərazilərdə mövcudluğunu davam etdirən terror təşkilatları ölkəmizə, milli təhlükəsizliyimizə və mülki şəxslərə qarşı hərəkətlərini davam etdirir” deyilib.