USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Almaniyanın ixracı və idxalı azalıb

05.10.2023 Siyasət
0 0
2023-cü ilin avqust ayında Almaniyadan təqvim və mövsüm təsirlərindən təmizlənmiş cəmi 127,9 milyard avro dəyərində mal ixrac edilərkən, Almaniyaya 111,4 milyard avro dəyərində mal idxal edilib.

Əvvəlki ayla müqayisədə ixrac 1,2 faiz, idxal isə 0,4 faiz azalıb. İxracın 0,4 faiz azalacağı, idxalın isə 0,5 faiz artacağı gözlənilirdi. Xarici ticarət balansı 16,6 milyard avro müsbət saldo verib.

Ticarət balansı 2023-cü ilin iyulunda 17,7 milyard avro, 2022-ci ilin avqustunda isə 2,0 milyard avro müsbət saldoya malik olub.

Avqust ayında Avropa İttifaqına (Aİ) üzv olan ölkələrə 69,6 milyard avro dəyərində məhsul ixrac edilib və bu ölkələrdən 60,0 milyard avro dəyərində mal idxal edilib.

2023-cü ilin iyul ayı ilə müqayisədə Aİ ölkələrinə təqvim və mövsümdən təmizlənmiş ixrac 1,5% azalıb, bu ölkələrdən idxal isə 1,9% artıb. 2023-cü ilin avqust ayında Avrozona ölkələrinə 48,8 milyard avro (-2,6%) dəyərində mal ixrac edilib, bu ölkələrdən isə 40,2 milyard avro (+3,2%) dəyərində mal idxal edilib.