USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Xarici işlər naziri Hakan Fidan: ABŞ terror təşkilatı YPG ilə əməkdaşlığı dayandırmalıdır

06.10.2023 Siyasət
0 0
Xarici İşlər Nazirliyi xarici işlər naziri Hakan Fidan ilə amerikalı həmkarı Antoni Blinken arasında baş tutan telefon danışığı ilə bağlı məlumat verib. Fidan “ABŞ terror təşkilatı YPG ilə əməkdaşlığı dayandırmalıdır” deyib.

Xarici İşlər Nazirliyi xarici işlər naziri Hakan Fidan ilə amerikalı həmkarı Antoni Blinken arasında baş tutan telefon danışığı ilə bağlı məlumat verib.

Nazirlik görüşlə bağlı bunları qeyd edib:

“Nazir Fidan sərt açıqlamalarında həmsöhbəti Blinkenin diqqətinə çatdırıb ki, ABŞ YPG terror təşkilatı ilə əməkdaşlığı dayandırmalıdır. Nazir Fidan Türkiyənin İraq və Suriyada terrorla mübarizə əməliyyatlarının qətiyyətlə davam edəcəyini qeyd edib. Münaqişənin aradan qaldırılması mexanizminin terrorçuluqla mübarizəmizə mane olmayacaq şəkildə effektiv şəkildə işlədilməsi barədə razılıq əldə olunub”.