İsrail-Fələstin gərginliyi davam edir. İsrail Qəzzanı bombalamağa davam etdikcə, ölənlərin sayı artır. Qəzzada Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində 78-i uşaq olmaqla 413 nəfərin öldüyünü, 2300 nəfərin isə yaralandığını açıqlayıb. İsrail mediası öldürülən israillilərin sayının 700-ə yüksəldiyini açıqlayıb. İsrail ordusu hücumlarda ölən əsgərlərin sayının 57-yə yüksəldiyini açıqlayıb.
HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları dünən İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb. Hücumlarda ölən və yaralananların sayı artır.
Gün ərzində baş verən hadisələri təqdim edirik:
İsrail HƏMAS-a 120 nöqtə vurdu
İsrail ordusu bu gün Qəzza zolağında HƏMAS-a aid 120 nöqtəyə hava hücumu təşkil edildiyini açıqlayıb. Ordunun verdiyi yazılı açıqlama “Yediot Ahronot” qəzetində dərc olunub.
Açıqlamada, döyüş təyyarələrinin gün ərzində (bazar günü) Qəzzanın şimal-şərqindəki Beyt Hanun qəsəbəsi və ətrafında 120 hədəfi bombaladığı bildirilib.
On tonlarla raket atılaraq həyata keçirilən hücumda HƏMAS-ın hədəflərinin vurulduğu və onların arasında tunelin tapıldığı bildirilib. Açıqlamada HƏMAS-ın İsrailə qarşı hücumlarında Beyt Hanundan baza olaraq istifadə etdiyi iddia edilib.