USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Suriyanın şimalında hava əməliyyatı

09.10.2023 Siyasət
0 0
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi hava əməliyyatında bir çox hədəf vurulub.

Milli Müdafiə Nazirliyindən (MSB) verilən açıqlamada Suriyanın şimalında həyata keçirilən hava əməliyyatı ilə separatçı terror təşkilatının istifadə etdiyi neft obyektləri, bunkerlər və sığınacaqlar da daxil olmaqla 6 hədəfin vurulduğu açıqlanıb.

Nazirlikdən verilən yazılı açıqlama belədir:

“PKK/YPG və digər terror ünsürlərini zərərsizləşdirərək Suriyanın şimalından xalqımıza və təhlükəsizlik qüvvələrimizə qarşı terror hücumlarını aradan qaldırmaq və sərhəd təhlükəsizliyimizi təmin etmək üçün Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüquqlarımıza uyğun olaraq, saat 22:00-da Suriyanın şimalındakı terrorçu hədəflərə qarşı hava əməliyyatları həyata keçirilib. Həyata keçirilən hava əməliyyatları ilə birlikdə hərbi qüvvələrin istifadə etdiyi neft obyekti separatçı terror təşkilatı və terrorçuların məskunlaşdığı sığınacaqlar məhv edilib".