USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İsrail "illər çəkəcək" dedi və neft uçmağa başladı

10.10.2023 Siyasət
0 0
İsrail prezidenti Hersoq Qəzza zolağında başlayan blokada ilə bağlı deyib: "Bu müharibə bir göz qırpımında bitməyəcək. İsrail rəsmiləri də BBC-yə deyiblər ki, Bu, illər çəkə bilər. Bundan sonrab 80 dollara qədər ucuzlaşan neft 86 dollara çatıb".

İsrail prezidenti İsaak Hersoq onları çətin günlərin gözlədiyini və “çox əhatəli və geniş müharibənin bir göz qırpımında bitməyəcəyini” deyib. Hersoq Qəzzadan İsrailə edilən hücumlarla bağlı ictimaiyyətə çıxış edib.

İsrailin bu günlərdə yaşadığı inkişafların hərtərəfli müharibənin bir parçası olduğunu ifadə edən Hersoq, “Belə bir müharibə bir göz qırpımında bitməyəcək.

Düşmənlərimiz kiberhücumlar və yalan görüntülər və hesabatlar dərc etməklə ciddi psixoloji səylər göstərirlər. Bunların bütün məqsədi içimizdə qorxu və təşviş aşılamaqdır" deyən Hersoq, "Tanılmaz bir həqiqət olaraq, İsrail dövlətinin uğur qazanmaqdan başqa çarəsi yoxdur" dedi.

Onları çətin günlərin gözlədiyini, “düşmənə qarşı birləşmək, bir yumruq kimi hərəkət etmək” üçün tədbir görülməli olduğunu qeyd edib.