USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyə İsveçin NATO üzvlüyünə 'tələsməyəcək'

16.10.2023 Siyasət
0 0
Türkiyənin İsveçin NATO üzvlüyünə icazə verib-verməməsi məsələsini ABŞ-ın F-16 satışını gündəmə gətirəcəyi günlərə qədər təxirə saldığı iddia edilib.

Türkiyə İsveçin üzvlüyünü təsdiqləmək üçün ölkənin PKK və Türkiyənin terror təşkilatı hesab etdiyi təşkilatlara qarşı mübarizə aparmasını, cinayətkarların Türkiyəyə təhvil verilməsini və Türkiyəyə müdafiə ləvazimatlarının satışına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını istəyir.

İyul ayında Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO sammitində prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin İsveçin NATO-ya üzv olması üçün irəli sürdüyü tələblərə yeni bir tələb əlavə edərək, Avropa ölkələrinin Türkiyənin NATO-ya üzv olması üçün yaşıl işıq yandırması lazım olduğunu demişdi. AB-yə üzvlüklə bağlı İsveçin müraciətinin Türkiyə Böyük Millət Məclisinə göndəriləcəyinə dair açıqlama verdi.