Yaponiya hökuməti humanitar böhranın aradan qaldırılması üçün Qəzza zolağına 10 milyon dollarlıq təcili yardım göstərəcəyini açıqlayıb.
Yaponiya hökuməti humanitar böhranın aradan qaldırılması üçün Qəzza zolağına 10 milyon dollarlıq təcili yardım göstərəcəyini açıqlayıb.
Xarici işlər naziri Kamikava Yoko mətbuat konfransında bildirib ki, hökumət HƏMAS qüvvələrinin Fələstinin Qəzza zolağında İsrailə qarşı hücumlarını pisləyir.
Bölgədəki münaqişələri yaxından izlədiklərini bildirən Kamikava Qəzza zolağında baş verən humanitar böhranın aradan qaldırılması üçün bölgəyə 10 milyon dollarlıq təcili yardım edəcəklərini bildirib.
Yaponiyalı nazir, "Qida, su, tibbi və səhiyyə xidmətləri kimi zəruri yardımların günahsız mülki şəxslərə və fələstinli qaçqınlara çatması üçün diplomatik səylərimizi davam etdirəcəyik" dedi.