İsrailin Milli Təhlükəsizlik Bürosu Türkiyədəki vətəndaşlarını "qisas" ola biləcəyini əsas gətirərək, mümkün qədər tez ölkəni tərk etməyə çağırıb.
İsrailin Milli Təhlükəsizlik Mərkəzi Türkiyədəki israillilərə dərhal ölkəni tərk etmələrini bildirib.
Açıqlamada, "Xaricdəki israillilərə qarşı terror təhdidlərinin getdikcə pisləşməsi" nəzərə alınaraq, "Türkiyə üçün səyahət xəbərdarlığının ən yüksək 4 səviyyəsinə qaldırıldığı" bildirilib.
"Mümkün olduğu qədər tez..."
Bəyanatda bu ifadə də yer alıb: “Türkiyədə qalan bütün israillilər ən qısa zamanda ölkəni tərk etməlidirlər”.