İran ABŞ administrasiyasından İsrail-Həmas müharibəsinə birbaşa müdaxilə etməmək mesajı almadığını açıqlayıb.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Daimi Nümayəndəsi Səid İrəvani Vaşinqton administrasiyasının İranın BMT-dəki nümayəndəliyinə “Tehran müharibəyə birbaşa müdaxilə edərsə, ABŞ hərbi addım atacaq” mesajı verməsi xəbəri ilə bağlı açıqlama verib.
İranın yarı-rəsmi Təsnim Xəbər Agentliyinin məlumatına görə, İrəvani xəbərin doğru olmadığını bildirib və “Amerikalılardan Qəzza və bununla bağlı gərginliklə bağlı heç bir məktub və mesaj almamışıq” deyib.
Dünən Əl-Cəzirə televiziyası iddia edib ki, məsələdən xəbəri olan iranlı mənbə ABŞ administrasiyasının İranın BMT-dəki nümayəndəliyinə Tehranın müharibəyə birbaşa müdaxilə edəcəyi təqdirdə ABŞ-ın hərbi addım atacağı mesajını çatdırdığını bildirib.