USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İsraildən İrana yeni ittiham: HƏMAS-a kəşfiyyat məlumatı verir

25.10.2023 Siyasət
0 0
İsrail İranın blokada altındakı Qəzza zolağında davam edən müharibədə Həmas-a kəşfiyyat məlumatı verdiyini iddia edib.

İsrail Ordusunun sözçüsü Daniel Həcəri keçirdiyi mətbuat konfransında "İran müharibədən əvvəl HƏMAS-a təlim, silah, pul və texnologiya ilə birbaşa dəstək verirdi. İran hələ də HƏMAS-a kəşfiyyat yardımı edir" dedi.

İranın bütün dünyada İsrailə qarşı təxribat kampaniyaları həyata keçirdiyini ifadə edən Həcəri, "Onun vəkilləri Yəməndən Livana qədər işləyir və təlimatları tək bir yerdən, İrandan alırlar" deyib.