USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çin kosmik stansiyaya 6-cı taikonavt komandası göndərdi

26.10.2023 Siyasət
0 0
Çinin Yer orbitində qurduğu Tiengong (Göy Sarayı) Kosmik Stansiyasında xidmət edəcək 6-cı taikonavt komandası yola düşüb.

Çinin Yer orbitində qurduğu Tiengong (Göy Sarayı) Kosmik Stansiyasında xidmət edəcək 6-cı taikonavt komandası yola düşüb.

Çin İnsanlı Kosmos Proqramı Agentliyinin (CMSA) verdiyi açıqlamaya görə, Tang Hongbo, Tang Shingjie və Jiang Shinlin'i daşıyan Shincou-17 kosmik gəmisi Uzun Mart 2F ilə Qobi səhrasındakı Ciuchuen Peyk Mərkəzindən buraxılıb.

Bildirilib ki, kapsul havaya qalxdıqdan 10 dəqiqə sonra raketdən ayrılaraq planlaşdırılmış orbit istiqamətinə daxil olub.

Taykonavt komandası bu gün kosmik stansiyaya çatdıqdan sonra mayın 30-da “Shincou-16” servisi ilə stansiyaya göndərilən və 5 aydır vəzifədə olan 3 taikonavtı təhvil verəcək.