USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bayden və Netanyahu arasında kritik görüş

26.10.2023 Siyasət
0 0
ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Binyamin Netanyahu ilə telefon danışığında Qəzzada mülki əhalinin qorunmasının vacibliyinə diqqət çəkib.

Ağ Evdən verilən açıqlamaya görə, Bayden və Netanyahu arasında telefon danışığı olub.

Görüşdə Qəzzadakı son hadisələr və HƏMAS tərəfindən əsir götürülən ABŞ vətəndaşları da daxil olmaqla girovların azad edilməsi müzakirə edilib.

Bayden və Netanyahu Qəzzanı tez bir zamanda tərk etmək istəyən xarici vətəndaşların təhlükəsiz çıxışını müzakirə ediblər.

Görüş zamanı ABŞ prezidenti Bayden Qəzzaya humanitar yardım axınının və oradakı mülki əhalinin qorunmasının vacibliyini vurğulayıb.

İsrailin vətəndaşlarını terrordan qorumaq üçün hər cür hüquq və məsuliyyətə sahib olduğunu və bunu beynəlxalq hüquq çərçivəsində etməli olduğunu ifadə edən Bayden, bu böhrandan sonra növbəti addımın israillilərlə fələstinlilər arasında daimi sülhə gedən yol olması lazım olduğunu da vurğulayıb.

İki lider daimi əlaqə saxlamaq barədə razılığa gəliblər.