USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mahmud Abbas Moskvaya səfər edəcək

26.10.2023 Siyasət
0 0
Fələstin dövlətinin prezidenti Mahmud Abbas Moskvaya səfər edəcək.

Kommersant.az-ın xəbərinə görə, bu barədə Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov məlumat verib.

Onun sözlərinə görə, Mahmud Abbas Moskvada Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparacaq.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar. İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.