USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İordaniya ABŞ-dan hava hücumundan müdafiə sistemi tələb edib

31.10.2023 Siyasət
0 0
Bölgədəki münaqişələri əsas gətirən İordaniya ABŞ-dan öz ərazisində Patriot hava hücumundan müdafiə sistemi yerləşdirməyi xahiş edib.

İordaniya Ordusunun sözçüsü briqada generalı Mustafa Hiyari dövlət televiziyasına verdiyi açıqlamada "ABŞ-dan müdafiəmizi Patriot hava hücumundan müdafiə sistemləri ilə gücləndirməsini istədik" deyib.

ABŞ-ın son aylarda bölgədəki gücünü artırmaq üçün İordaniya hərbi obyektlərindən istifadə etdiyi iddia edilib. Hiyari məsələ ilə bağlı verdiyi açıqlamada Pentaqonun İsrailə hərbi texnika və silah göndərmək üçün İordaniyadakı bazalarından istifadə etdiyinə dair iddiaları təkzib edib.

İordaniya Suriyadakı müharibəyə görə 2013-cü ildə öz ərazisinə Patriot raketləri yerləşdirib.