USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Blinken 'qanlı əllərlə' etiraz etdi

31.10.2023 Siyasət
0 0
İsrail və Ukraynaya yardımı əhatə edən 106 milyard dollarlıq yardım paketi tələbi ilə Senatda keçirilən toplantıda ABŞ dövlət katibi Antoni Blinken İsrailin Qəzzaya hücumlarına etiraz edilib. Bir qrup etirazçı qırmızıya boyanmış əllərini qaldıraraq səssizcə etiraz ediblər.

Blinken, Bayden administrasiyasının 106 milyard dollarlıq yardım tələbi üçün Senatın Təxsisatlar Komitəsində ABŞ Müdafiə Naziri Lloyd Austin ilə birlikdə idi.

O, komitədə ifadə verərkən, iclasda iştirak edən və Qəzza hücumlarına qarşı olan şəxslər müxtəlif şüarlar səsləndirərək Blinkenin çıxışını kəsiblər.

Ayağa qalxaraq “Qəzzə xalqına qarşı soyqırımı dəstəkləməyə son”, “Qəzzada qırğına son”, “Qəzzədə uşaqları xilas et”, “Atəşkəs indi” kimi şüarlar səsləndirən etirazçılar əllərində müharibə əleyhinə plakatlar tutublar.