USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ xəzinəsindən 112 milyard dollarlıq istiqraz buraxmaq qərarı

01.11.2023 Siyasət
0 0
ABŞ Maliyyə Nazirliyi 3, 10 və 30 il müddətinə 112 milyard dollarlıq istiqraz satacağını açıqlayıb.

ABŞ Maliyyə Nazirliyindən verilən açıqlamada gələn həftə 3 istiqraz hərracının keçiriləcəyi bildirilib. Açıqlamada 3 il müddətli 48 milyard dollarlıq istiqrazların noyabrın 7-də, 10 il tədavül 40 milyard dollarlıq istiqrazların isə noyabrın 8-də tədavülə çıxarılacağı deyilib.

Açıqlamada, cəmi 112 milyard dollarlıq dövlət istiqrazlarının satılacağı, emissiyanın isə təxminən 9,8 milyard dollarlıq yeni nağd pul meydana gətirəcəyi ifadə edilib.

Açıqlamada, gözlənilən orta və uzunmüddətli borc ehtiyaclarına uyğun olaraq 2024-cü ilin noyabr ayından yanvar ayına qədər hərrac məbləğlərinin mərhələli şəkildə artırılmasının davam etdirilməsinin nəzərdə tutulduğu bildirilib.