USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyədə magistral yollar və körpülər satılır? - NAZİRLİK

02.11.2023 Siyasət
0 0
Xəzinə və Maliyyə Nazirliyi “magistral yolların və körpülərin satılacağı” ilə bağlı deyilənləri təkzib edib.

Xəzinə və Maliyyə Nazirliyindən bir qəzetdə dərc olunan “İndi magistral və körpü satacaqlar” başlıqlı xəbərlə bağlı açıqlama verilib.

Açıqlamada sözügedən xəbərdə yer alan “satış” ifadəsinin xəzinə və maliyyə naziri Mehmet Şimşəkin deyil, xəbəri yayan qəzetin şərhi olduğu vurğulanıb və bunlar qeyd edilib:

"Bu qeyri-real bəyanat vasitəsilə həyata keçirilən qavrayış əməliyyatı qəbuledilməzdir. Nazir Türkiyə Böyük Millət Məclisində verdiyi açıqlamada Türkiyənin özəlləşdirmə proqramında artıq mövcud olan və hətta bəziləri üçün özəlləşdirmə çərçivəsində olan aktivlərə açıq şəkildə toxunub".