USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Özbəkistan və Fransa birgə ticarət palatası yaradıblar

02.11.2023 Siyasət
0 0
Makronun səfərindən sonra Özbəkistan və Fransa birgə ticarət palatası yaradıblar.

Özbəkistan və Fransa birgə ticarət palatası açıblar. TASS xəbər verir ki, bu barədə Özbəkistan prezidenti Şavkat Mirziyoyevin mətbuat xidməti məlumat yayıb.

Palatanın yaradılması barədə razılıq Mirziyoyev və Fransa prezidenti Emmanuel Makron arasında geniş tərkibdə danışıqların yekunu üzrə əldə olunub. Tərəflər Daşkənddə Business France agentliyinin ofisinin açılması barədə də razılığa gəlib.

Bundan əvvəl Fransa prezidenti Emmanuel Mikronun Mərkəzi Asiya ölkələrinə turnesinin sonunda Özbəkistana gəlişi barədə məlumat yayılıb.

Bu, Fransua Mitteranın 1994-cü ildə ölkəyə səfərindən sonra son 30 ildə Fransa liderinin Özbəkistana ilk səfəridir. Eyni zamanda, Özbəkistan prezidenti Şavkat Mirziyoyev təyinatından sonra iki dəfə - 2018 və 2022-ci illərdə Fransaya səfər edib.

Oktyabr ayında Fransa və Özbəkistan investisiyaların təşviqi və qorunmasına dair hökumətlərarası saziş imzalayıblar. Yelisey sarayının nümayəndələrinin sözlərinə görə, Daşkənddəki danışıqlar zamanı Makron əməkdaşlığın daha da dərinləşdirilməsi, o cümlədən iqtisadi və enerji əməkdaşlığı, həmçinin 30-a yaxın fransız şirkətinin artıq fəaliyyət göstərdiyi Özbəkistanda Fransanın mövcudluğunun genişləndirilməsi barədə razılığa gəlmək niyyətindədir.

Bundan əvvəl Makron gecə saatlarında Səmərqənd ətrafında gəzib.