USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Aİ Yaxın Şərqdəki vəziyyətlə bağlı etiraf etdi

02.11.2023 Siyasət
0 0
Avropa ölkələri İsraillə HƏMAS arasında gərginliyin azaldılmasına təsir edə bilməz, Politico siyasi assosiasiya rəsmisinin sözlərinə istinadən xəbər verir.

Onun sözlərinə görə, Avropa İttifaqının Yaxın Şərq münaqişəsində rol oynamaq istəyi “klassik şişirdilmiş eqoların” təzahürüdür.

Oktyabrın 26-da Aİ sammiti zamanı İspaniyanın baş naziri Pedro Sançesin səsləndirdiyi sülh sammitinin mümkünlüyünü şərh edən Politico-nun həmsöhbəti deyib ki, bu, “birlik daxilindəki tipik müzakirədir, onun reallıqla heç bir əlaqəsi yoxdur”.

Oktyabrın 7-də Həmas İsrailə bir neçə min raket atdı və Əl-Əqsa Daşqını əməliyyatının başladığını elan edib. Minlərlə yaraqlı İsrail ərazisini işğal edərək onlarla hərbi texnikanı və yüzdən çox girovu ələ keçirib. Bunun fonunda İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.