USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ Qəzzada atəşkəs istəmir

05.11.2023 Siyasət
0 0
ABŞ dövlət katibi Antoni Blinken, humanitar böhranın pik həddə çatdığı Qəzzada atəşkəsin HƏMAS-ın “yenidən qruplaşmasına” səbəb olacağını iddia edərək, “Hazırda edilən atəşkəs HƏMAS-ın gücünü bərpa etməyə və etdiklərini təkrarlamağa imkan verəcək” deyib.

ABŞ dövlət katibi Antoni Blinken, Misirin xarici işlər naziri Samih Şükri İordaniya, Misir, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər nazirləri və Fələstin Azadlıq Təşkilatının (FAT) İcraiyyə Komitəsinin baş katibi ilə görüşündən sonra İordaniyanın paytaxtı Ammanda İordaniyanın xarici işlər naziri Ayman Safadi ilə birgə mətbuat konfransı keçirib.

Blokada altındakı Qəzzada atəşkəs çağırışlarının HƏMAS-ın “yenidən toplanmasına” səbəb olacağını iddia edən Blinken deyib: “Atəşkəs indi HƏMAS-ın gücünü bərpa etməyə və oktyabrın 7-də etdiklərini təkrarlamağa imkan verəcək”.

Digər tərəfdən Blinken əlavə edib ki, o, münaqişələrdə humanitar fasilənin mülki şəxslərin müdafiəsində və xarici vətəndaşların bölgədən çıxarılmasında "kritik" mexanizm ola biləcəyinə inanır.

Misirli və iordaniyalı həmkarları ilə eyni əsas maraqları və məqsədləri paylaşdığını ifadə edən Blinken, İsrailin Qəzzaya hücumlarının bölgədə daimi sülh və təhlükəsizliyi təmin edəcək şəkildə həlli üçün çalışmağa davam edəcəklərini müdafiə edib.