Müsəlmanlar İsraili qeyd-şərtsiz dəstəklədiyi üçün Baydenə qarşı səsvermə kartından istifadə etməyə hazırlaşır. İlk reaksiya 200 min müsəlman seçicinin yaşadığı, respublikaçılarla demokratların çəkişdiyi Miçiqan ştatından gəldi.
ABŞ-da ərəb Amerika əhalisinin ən çox olduğu ştatlardan biri olan Miçiqanda müsəlman seçicilər Qəzzaya hücumlarında İsrailə qeyd-şərtsiz dəstək verdiyi üçün 2024-cü il prezident seçkilərində prezident Co Baydeni dəstəkləmək fikrində olmadıqlarını bildirib.
CNN-ə danışan Miçiqandakı müsəlman seçicilər Baydenin İsrail siyasətləri ilə bağlı narahatlıqlarını ifadə ediblər.
Qapı-qapı gəzərək 2020-ci il prezident seçkilərində Donald Trampa qarşı Baydenə səs toplayan Eman Hammud, "O, bizi Bayden üçün çox çətin vəziyyətə saldı. Ona səs vermək mənəvi cəhətdən demək olar ki, qeyri-mümkün hala gəlib".
Hammud qeyd edib ki, Bayden çox məyus olub, çünki o, İsrail üçün qırmızı xətt çəkməyib və Qəzzada minlərlə mülki insan həlak olarkən atəşkəs çağırmayıb.