USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ermənistanda keçmiş deputat həbs edilib

07.11.2023 Siyasət
0 0
Ermənistan parlamentinin keçmiş deputatı, "Qayıdış" fondunun sədri Araqas Axoyan həbs edilib.

Kommersant.az bu barədə erməni KİV-inə istinadən xəbər verir.

Ermənistanın İstintaq Komitəsi keçmiş deputatən həbs səbəbini açıqlayıb.

Komitənin məlumatına görə, Axoyan iyunun 8-də öz sosial şəbəkə səhifəsində zorakılıq tətbiq etməyə ictimai çağırışlar səsləndirib.

Qeyd olunub ki, keçmiş deputat xüsusən qeyri-normativ leksikadan istifadə edərək Nikol Paşinyanı hakimiyyətdən kənarlaşdırdıqdan sonra öldürülməli şəxslərin siyahısını tərtib etməyə çağırıb.

Noyabrın 3-də Axoyana qarşı Ermənistanın Cinayət Məcəlləsinin 330-cu maddəsi (zorakılığa ictimai çağırış) üzrə cinayət təqibi başladılıb. Keçmiş deputat bir ay müddətinə həbs edilib.

Xatırladaq ki, 2021-ci ildə Axoyan hökumət binasını zəbt etmək cəhdində ittiham edilib və ölkədən çıxışına qadağa qoyulub.