USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ Suriyaya hava zərbələri endirib: “Özünü müdafiə etməyə davam edəcək”

13.11.2023 Siyasət
0 0
ABŞ Mərkəzi Komandanlığı Suriyanın Əbu Kemal və Mayadin şəhərlərində hava əməliyyatları keçirdiyini açıqlayıb. "ABŞ özünü, şəxsi heyətini və maraqlarını müdafiə etməyə davam edəcək", - deyə bəyanatda deyilir.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Suriyada "İrana yaxın qruplaşmalara" hava zərbələri endirib.

ABŞ Mərkəzi Komandanlığının komandanı general Maykl Erik Kurilla CENTCOM-un sosial media hesabından verdiyi açıqlamada hava hücumlarının Suriyanın Əbu Kamal və Mayadin şəhərləri ətrafındakı İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) istifadə etdiyi obyektlərə endirildiyini qeyd edib.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) verdiyi yazılı açıqlamada, İraq və Suriyada ABŞ personalına qarşı davam edən hücumlara qarşı, Suriyanın şərqində İİKK və ona yaxın qrupların istifadə etdiyi obyektlərə qarşı hava hücumları təşkil edildiyini təsdiqləyib.

Açıqlamada vurulan hədəflərdən birinin təlim obyekti, digərinin isə sığınacaq olduğu qeyd edilib.