USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Biz 70 girovu azad etməyə hazırıq" - HƏMAS

14.11.2023 Siyasət
0 0
Həmas münaqişənin 5 gün müddətinə dayandırılacağı təqdirdə 70 qadın və uşağı azad etməyə hazır olduqlarını açıqlayıb.

HƏMAS-ın 7 oktyabr hücumlarından sonra İsrailin Qəzzaya hücumları intensivliyini artırmağa davam edir. HƏMAS-ın Qəssam Briqadalarının sözçüsü Əbu Ubeyde davam edən qarşıdurmalarda 5 günlük fasilə elan edib.

Əbu Ubeyde 5 günlük atəşkəs qarşılığında 70 israilli qadın və uşaq girovu azad edəcəklərini açıqladı.İsraillə atəşkəs çağırışında Qəzzaya humanitar yardımların təhlükəsizliyinin də daxil olduğunu bildirən Əbu Ubeyde atəşkəsə hazır olduqlarını söyləyib.

İsrailin Qəzzaya hücumları bütün intensivliyi ilə davam edir.