ABŞ dövlət katibi Antoni Blinken işçilərinə göndərdiyi elektron məktubda İsrailin Qəzzaya hücumlarına prezident Co Bayden administrasiyasının yanaşması ilə bağlı nazirlik daxilində fikir ayrılığının olduğunu etiraf edib.
CNN-in məlumatına görə, Blinken nazirlik işçilərinə göndərdiyi elektron məktubda “Bilirəm ki, bir çoxlarınız üçün bu böhranın gətirdiyi ağrı dərin zərər verib” deyib.
Blinken, bu böhranda əziyyət çəkən körpələrin, uşaqların, qocaların, qadınların və digər mülki şəxslərin görüntülərini görməyin ürək ağrıdıcı olduğunu ifadə edib.
“İşçilərin öz fikirləri ola bilər”
Nazirlikdəki bəzi işçilərin hökumətin Qəzza ilə bağlı tutduğu yanaşmalarla razılaşmaya biləcəyini ifadə edən Blinken, "İşçilərin nəyin daha yaxşı edilə biləcəyi ilə bağlı fikirləri ola bilər. Düşüncə azadlığı var" dedi.
ABŞ diplomatlarının bəyanatı
ABŞ-da Xarici İşlər Nazirliyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) 100 diplomatı prezident Co Baydeni İsrailin Qəzzaya hücumları ilə bağlı "yalan məlumat yaymaqda" ittiham edib.
Diplomatların imzaladığı bəyanatda İsrailin Qəzzada “müharibə cinayətləri” törətdiyi və Baydenə İsrailin hərəkətlərini daha çox şübhə altına almağı tövsiyə etdiyi bildirilib.