USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Aİ-dən Rusiyaya 12-ci sanksiya paketinin hazırlanması

15.11.2023 Siyasət
0 0
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı almaz ticarətinə qadağa və neftin tavan qiymətinin sərtləşdirilməsi daxil olmaqla yeni sanksiyalar paketi təklifi hazırlayıb.

Aİ Komissiyası təsdiq üçün üzv dövlətlərə təqdim etdiyi Rusiyaya qarşı 12-ci sanksiya paketi təklifini açıqlayıb.

Təklifə əsasən, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirən 120-dən çox şəxs və təşkilat sanksiya siyahısına daxil ediləcək.

Rusiyaya yeni idxal və ixrac qadağaları tətbiq olunacaq. Rusiya neftinin qiymət tavanı daha da sərtləşdiriləcək. Aİ-nin tətbiq etdiyi sanksiyalardan yayınmamaq üçün əlavə tədbirlər görüləcək.

Aİ-nin sanksiyalar siyahısına Rusiya hərbi, müdafiə və informasiya texnologiyaları sektorundan olan şəxslər, eləcə də mühüm iqtisadi subyektlər əlavə olunacaq.

Rusiya tərəfindən işğal olunmuş Ukrayna ərazisində son seçkiləri təşkil edənlər, ukraynalı uşaqların məcburi şəkildə yenidən təhsil almasına cavabdeh olanlar, Kiyevə dəstək üçün dezinformasiya və təbliğat fəaliyyəti ilə məşğul olanlar hədəfə alınacaq.

Aİ-nin Rusiyaya qarşı sanksiyalarının ümumi çərçivəsi daha da gücləndiriləcək.

Beynəlxalq mətbuatın yazdığına görə, yeni sanksiyalar paketi Rusiyadan almaz idxalını qadağan edəcək. Bu qadağanın 2024-cü ilin əvvəlində qüvvəyə minməsi nəzərdə tutulur.

  • Əvvəlki

    Allianz Ticarət: Qlobal yavaşlama 2024-cü ildə aşağı düşəcək

Digər xəbərlər