USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bəşər Əsədin beynəlxalq həbsinə order

16.11.2023 Siyasət
0 0
Suriya prezidenti Bəşər Əsədin 2013-cü ildə xalqına qarşı kimyəvi hücumda iştirak etdiyinə görə Fransada beynəlxalq həbs qərarı verilib.

2013-cü ildə Suriyanın Şərqi Qutada insanlara kimyəvi silahla hücumu ilə bağlı Parisdə açılan iş üzrə Suriya prezidenti Bəşər Esarın beynəlxalq həbsinə order verilib. Məhkəmə Əsədi insanlığa qarşı cinayətlər törətməkdə və 2013-cü ildə Qutadakı hücumlarda hərbi cinayətlərə ortaq olmaqda ittiham edir.

Suriya Media və İfadə Azadlığı Mərkəzinin açdığı iş üzrə hakimlərin verdiyi qərarla bağlı Fransa Xəbər Agentliyinə (AFP) danışan mərkəzin qurucusu, hüquqşünas Masen Derviş, “Bu, hökumətin qələbəsidir. Müstəqil məhkəmə sübut edəcək ki, kimyəvi silahla hücum Suriya prezidentinin xəbəri olmadan həyata keçirilə bilməzdi. O, bunu qəbul edib" deyib.

Məhkəmə Əsədlə yanaşı, onun qardaşı, Suriya Xüsusi Qüvvələrinin komandanı Mahir Əsəd və iki suriyalı generalın da insanlığa qarşı cinayət və müharibə cinayətləri törətdiklərini əsas gətirərək beynəlxalq həbs qərarı verib.

Həbs qərarı ilə bağlı İsveç mərkəzli qeyri-hökumət təşkilatı Civil Rights Defenders, "Ümid edirik ki, həbs qərarı hücumdan sağ çıxanlara dünyanın onları unutmadığına dair açıq bir mesaj verəcək" dedi.

  • Əvvəlki

    Avropa İnvestisiya Bankından Türkiyəyə 400 milyon avro kredit

Digər xəbərlər