USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezident Ərdoğan İtaliyanın baş naziri Meloni ilə görüşüb

16.11.2023 Siyasət
0 0
Prezident Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri Giorgia Meloni ilə telefon danışığı aparıb.

Prezident Rəcəb Tayyib Ərdoğanla İtaliyanın Baş naziri Giorgia Meloni arasında telefon danışığı olub.

Qəzzadakı hadisələrin müzakirə edildiyi görüşdə Ərdoğan İtaliya liderinə hərbi cinayətlər törədən İsrailin beynəlxalq məhkəmələrdə cəzalandırılması üçün çalışacaqlarını bildirib.

Rabitə Müdirliyindən verilən açıqlamada, "Görüşdə İsrailin Qəzzaya qarşı şiddətini artıran və insan haqları pozuntularını ehtiva edən hücumları, bölgədəki humanitar böhran müzakirə edilib" deyilib.

Açıqlamada Ərdoğanın Fələstin torpaqlarına qarşı vəhşiliyin daha da dərinləşdiyinə və hər keçən dəqiqə mülki ölümlərin artdığına diqqət çəkdiyi və “(Prezident Ərdoğan) müharibə cinayətləri törədən İsrailin cəzalandırılması üçün çalışacaqlarını vurğulayıb. Beynəlxalq məhkəmələrdən atəşkəs və qalıcı sülhün təmin edilməsi üçün İtaliyadan dəstək gözlədiyi ifadə edilib.