USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fransız qatar istehsalçısı Alstom 1500 nəfəri işdən çıxarır

16.11.2023 Siyasət
0 0
Fransız qatar istehsalçısı Alstom likvidlik probleminə nəzarət etmək üçün 1500 nəfəri işdən çıxaracağını və aktivlərini satacağını açıqlayıb.

Dəmir yolu və dəmir yolu nəqliyyatı sektorunda fəaliyyət göstərən Alstom tərəfindən edilən açıqlamada şirkətin balansını gücləndirmək və azaldılması üçün işçilərin sayının azaldılacağı, aktiv satışının aparılacağı və kapital artımının qiymətləndirildiyi bildirilib.

Alstom-un xalis borcu sentyabrın 30-na 3,43 milyard avroya çatdığı halda, şirkət 2025-ci ilin martına qədər bu rəqəmi 2 milyard avro azaltmağı planlaşdırır.

Aktiv satışından 500 milyon ilə bir milyard avro arasında gəlir əldə etməyi hədəfləyən şirkət, orta müddətli hədəflərinə çatmaq üçün təxminən 1500 işçini də ixtisar edəcək. Bu il səhmdarlara dividend ödənişi olmayacaq.

Bu xəbərdən sonra “Alstom”un səhmləri bu gün 20 faizdən çox ucuzlaşaraq 11,50 avroya düşüb. Şirkətin səhmləri ilin əvvəlindən 40 faizdən çox dəyərini itirib.