USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Baydenin Fələstinlə bağlı bəyanatı: İki dövlətli həll 'son cavabdır'

16.11.2023 Siyasət
0 0
Çin prezidenti Si Cinpinqlə görüşən ABŞ prezidenti Bayden İsrailin baş naziri Netanyahuya Fələstin məsələsinin iki dövlətli həllinin “son cavab” olduğu fikrini çatdırdığını bildirib.

ABŞ prezidenti Co Bayden ABŞ-da rəsmi səfərdə olan Çin sədri Si Cinpinlə San-Fransiskoda mətbuat konfransı keçirib.

Fələstin məsələsinə son cavabın iki dövlətli həll olduğunu israillilərə, Netanyahu və kabinetinə çatdırdığını bildirən Bayden, İsrailin Qəzzaya hücumlarının nə qədər davam edəcəyini bilmədiyini qeyd edib.

"İsrailin Qəzzaya hücumları nə vaxt dayanacaq? Düşünürəm ki, HƏMAS-ın israilliləri öldürmək, onları təqib etmək və onlara dəhşətli işlər görmək imkanı qalmadıqda, məncə, bu, dayanacaq", - deyə Bayden deyib.

ABŞ prezidenti məhbuslar üçün hər şeyi edəcəklərinə də diqqət çəkib, lakin bu, ABŞ əsgərlərinin bölgəyə göndərilməsi demək deyil.

Oktyabrın 7-də İsrailə edilən hücumlarda 310-dan çox əsgər olmaqla 1200 israillinin öldüyü, 5132 nəfərin yaralandığı açıqlanıb.