USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əmək nazirləri Bakıda toplaşacaq

16.11.2023 Siyasət
0 0
Noyabrın 21-23-də İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin əmək nazirləri Bakıda toplaşacaq.

Bu gün qeyd olunan beynəlxalq tədbirə dair mətbuat konfransı keçirilib.


Mətbuat konfransında Azərbaycanın İƏT-lə əlaqələrindən, İslam dəyərlərinin dünyada təbliği və İslam həmrəyliyinin güclənməsində xidmətlərindən, İƏT əmək nazirlərinin həmrəyliyinin güclənməsində xidmətlərindən, İƏT əmək nazirlərinin V Konfransının önəmindən bəhs edən videoçarx nümayiş olunub.

Daha sonra əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov çıxış edib.

Nazir müavini bildirib ki, Azərbaycan 1991-ci ilin 8 dekabrında Təşkilata tamhüquqlu üzv qəbul olunub.

A.Kərimov tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsi dövründə də İƏT-in Azərbaycanın ədalətli mövqeyini qətiyyətlə dəstəklədiyini qeyd edib.

Bundan əlavə ölkəmizin İƏT-in qurumları (İSESCO, İslam İnkişaf Bankı, İslam Konfransı Parlament İttifaqı, İslam Konfransı Gənclər Forumu və s.) ilə sıx əməkdaşlığından bəhs olunub.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın humanitar sahədə genişmiqyaslı fəaliyyətinə görə 2006-cı ilin noyabrında İSESCO-nun xoşməramlı səfiri adına layiq görüldüyü, 2008-ci ildə ona İƏT-in Baş katibi tərəfindən Təşkilatın humanitar məsələlər üzrə xüsusi elçisi statusuna dair diplom təqdim edildiyi bildirilib.

Son illər Azərbaycanda sosial sahədə aparılan islahatların uğurları diqqətə çatdırılıb. Həmin sosial nailiyyətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və bu sahədə İƏT-ə üzv ölkələrlə təcrübə mübadilələri aparılması baxımından da konfransın önəmli olacağı qeyd edilib.