USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İsrail Suriyanın paytaxtı Dəməşqin ətrafına hücum edib

17.11.2023 Siyasət
0 0
İsrailin Suriyanın paytaxtı Dəməşq ətrafına hava hücumu təşkil etdiyi və raketlərin əksəriyyətinin hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirildiyi bildirilib.

İsrail yerli vaxtla saat 02.25-də işğal altındakı Qolan təpələrindən Suriyanın paytaxtı Dəməşq ətrafındakı bəzi nöqtələrə hava zərbəsi endirib.

Suriya rəsmi xəbər agentliyinin verdiyi açıqlamada, atılan raketlərin əksəriyyətinin hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirildiyi bildirilib. Bölgəyə düşən bir neçə raketin maddi ziyana səbəb olduğu bildirilib. İsrail ordusu məsələ ilə bağlı açıqlama verməyib.

İsrail noyabrın 8-də Suriyanın cənubundakı hərbi məntəqələrə hava zərbəsi endirib. 2011-ci ildə müharibə başlayandan bəri İsrail Suriya ərazisində İranın dəstəklədiyi qüvvələrə, Livan Hizbullahına və Suriya ordusuna aid mövqelərə yüzlərlə hava zərbəsi endirib.