USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Netanyahu Qəzza əməliyyatlarında 'mülki itkiləri' etiraf edib

17.11.2023 Siyasət
0 0
Qəzzaya edilən hücumlarda əksəriyyəti uşaq və qadın olan 11.500 adam həlak olarkən, İsrail Baş naziri Netanyahu "Bu işi ən az mülki itki ilə bitirməyə çalışacağıq. Bunu ən az mülki itki ilə etməyə çalışırıq, lakin təəssüf ki, uğur qazana bilmirik” deyib.

Atəşkəs çağırışlarına baxmayaraq, İsrailin Qəzzaya hücumları 42-ci gündür davam edir və bölgədəki humanitar böhranın ölçüsü günü-gündən böyüyür.

İsrailin baş naziri Benyamin Netanyahu İsrail və Qəzzada baş verən son hadisələrlə bağlı ABŞ mətbuatına açıqlamalar verib.

HƏMAS ilə gözlənilən razılaşma ilə bağlı Netanyahu, “Biz quru əməliyyatından əvvəl razılaşmaya daha yaxınıq. Quru əməliyyatı atəşkəsə nail olmaq üçün HƏMAS-a təzyiq göstərib. Əgər girovlarımızı ala bilsək, müvəqqəti atəşkəs əldə edəcəyik” dedi.

Girovların azad edilməsinin İsrailin müharibədəki məqsədlərindən biri olduğunu bildirən Netanyahu, İsrailli girovlar qarşılığında fələstinli məhbusların azad edilib-edilməyəcəyi məsələsinin “məxfi” olduğunu əsas gətirərək məhbuslarla bağlı məlumat verməyib.

“HƏMAS üzvləri xəstəxanadan qaçıb”

Qəzza zolağının ən böyük səhiyyə müəssisəsi olan Şifa xəstəxanasının hərbi məqsədlər üçün istifadə edildiyinə dair konkret dəlilləri olduğunu iddia edən Netanyahu, İsrail ordusunun yüzlərlə mülki şəxsin olduğu xəstəxananı mühasirəyə almasından sonra Həmas üzvlərinin də xəstəxanadan qaçdığını iddia edib.